AZ

“Gəlib salam versə, salamını alacam” - Faiq Ağayev


Xalq artisti Faiq Ağayev qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib. 

Lent.az-ın xəbərinə görə, o heç bir həmkarı ilə küsülü olmadığını söyləyib.

“ Hamını bağışlamışam və küsülü olduğum bir insan yoxdur. Vaxtı ilə mənə haqsızlıq edən insanlar var, mən isə onları bağışlamışam. Nə olmağından aslı olmayaraq əgər küsülü həmkarlarımdan biri gəlib mənə salam versə, onun salamını alacağam. Əgər otağa sonuncu mən daxil olmuşamsa, mütləq salam verəcəyəm”- o bildirib.

O küsülü olduğu Brilliant Dadaşova ilə də barışa biləcəyini vurğulayıb. 

“Anladım ki, insan bağışlamağı bacarmalıdır. Bağışlayanda isə sənin çiynindən o boyda zülmət yük düşür. Amma bağışlayandan sonra həmin insanla artıq dost münasibətində olmursan”- o əlavə edib. 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla