AZ

“Access Bank”ın rəhbərliyində dəyişiklik olub

Access Bank”ın rəhbərliyində dəyişiklik olub.

Məlumata görə, Molejon Maria Fernanda bankın Müşahidə Şurasının yeni üzvü seçilib. Verner Klas isə MŞ-nin üzvlüyündən ayrılıb

Qeyd edək ki, MŞ-nin sədri də daxil olmaqla “Access Bank”ın Müşahidə Şurasının tərkibi hazırda 5 nəfərdən ibarətdir.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 270,1 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).

© APA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla