AZ

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Fins.az xəbər verir ki, İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2022-2023-cü illərdə qrup tərəfindən həyata keçirilmiş işlər və layihələr, habelə iclasın gündəliyində olan əsas məsələlər barədə məlumat verib, ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu qeyd edib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev işçi qrupun aktiv fəaliyyət göstərdiyini və biznesin qeydiyyatı sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb, biznes sektorunun hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatlar və qanunvericilikdə gözlənilən yeniliklər barədə daha intensiv şəkildə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

Sonra "Business Ready" hesabatının “Biznesə daxilolma” indikatoru üzrə qeyd olunan tapşırıqların icra vəziyyətinin, hesabatın müvafiq indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamların müzakirəsi aparılıb. İşçi qrupun üzvü, DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. Görüşdə məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə kommunikasiya planı barədə məlumat verilib.

İclas iştirakçıları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və ölkəmizin konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması məqsədilə “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlərlə proqram təminatlarının yaradılması istiqamətində görülmüş işləri müzakirə ediblər.

İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində bir sıra layihələr üzrə nəticələrin müsbət olduğunu bildirib, xüsusən xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işlərin proqressivliyi barədə məlumat verib. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra dəyişikliklərin ölkəmizdə biznesin qeydiyyatı sahəsində yeniliklər gətirəcəyi bir daha vurğulanıb. 2024-cü ildə proseslərin başa çatdırılması üçün zəruri olan işlər üzrə səylərin artırılması və işçi qrup tərəfindən əlavə dəstəyin verilməsi tövsiyə edilib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23132
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12651
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8636
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5552
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5436
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3949
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3606
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3526
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3295
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3181
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2954
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2699
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2554
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2465
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2142