AZ

Qarabağdan çıxan sülhməramlılar hazırda Ermənistan ərazisindədir – Rəsmi


“Qarabağdan çıxan sülhməramlılar Gorus və Sisian şəhərlərində müvəqqəti dislokasiya məntəqələrindədirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarından ibarət koloniyanın Həkəri körpüsü ilə Ermənistan ərazisinə gedərək Gorusa doğru getdiyi videosu yayılıb.
Qriqoryan xatırladıb ki, Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyətin həyata keçirilməsi üçün Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb:
“Yer həmçinin Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla