AZ

Azadlıq Partiyası ləğv olunub? - Açıqlama

Azadlıq

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına alınan 26 siyasi partiya mövcuddur.

Reyting.az
xəbər verir ki, MSK-nın bir il əvvəl üçün açıqladığı məlumatda dövlət qeydiyyatına alınan partiyaların sayı 59 olaraq göstərilib.

MSK-nın məlumatlarından belə görünür ki, son bir ildə ölkədə 33 siyasi partiya ləğv olunub.

Adı 2022-ci ildə siyahıda yer alan, lakin 2023-cü ilin siyahısından çıxarılan partiyalardan birinin – Azadlıq Partiyasının sədri Əhməd Oruc
Yeniavaz.com-a verdiyi açıqlamada bildirir ki, onların partiyası ləğv olunmayıb:

“Siyasi partiyaların bağlanması iki cür ola bilər. Ya ləğv olunmalıdır, ya da buraxılmalıdır. Biz partiyanı buraxmamışıq. Partiyanın ləğv olunması ilə bağlı bizə nə məhkəmədən, nə də Ədliyyə Nazirliyindən bir məlumat verilməyib. Ona görə də Azadlıq Partiyası qanuni fəaliyyət göstərən partiyadır”.

Məsələ ilə bağlı MSK-dan məlumat almaq istəsək də, qurumun mətbuat xidmətindən zənglərimizə cavab verən olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq