AZ

Şimali Makedoniyada bu gün prezident seçkiləri keçiriləcək

Bu gün Şimali Makedoniyada prezident seçkiləri keçiriləcək. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə  informasiyanı  ölkənin Dövlət Seçki Komissiyası yayıb.

Mənbə yazır ki, vətəndaşlar 3 480 seçki məntəqəsində saat 07:00-dan 19:00-dək səsvermədə iştirak edə bilərlər.

Ölkənin müstəqillik qazanmasından sonra yeddinci səsverməsində 1 814 317 vətəndaş iştirak edəcək.
 

Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
48
Mənbələr
Şərh ()
Bağla