AZ

Türkiyə Hərbi Dəniz Qüvvələrinin korveti Moqadişu limanına daxil olub

Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Kınalıada F514" korveti Somali Federativ Respublikasının (SFR) paytaxtı Moqadişu limanına daxil olub.
Trend-in məlumatına görə, bu barədə "Horseed" portalı xəbər verib.
Bildirilib ki, beləliklə, fevral ayında Türkiyə ilə SFR arasında 10 il müddətinə nəzərdə tutulmuş hərbi və iqtisadi əməkdaşlıq haqqında imzalanmış sazişin icrasına başlanılıb.
əmini limanda qarşılayan Somalinin yüksək səviyyəli rəsmiləri arasında ölkə prezidenti Həsən Şeyx Mohamud da olub. O, xüsusilə müdafiə, təhlükəsizlik, iqtisadiyyat və humanitar fəaliyyət kimi sahələrdə ikitərəfli strateji əməkdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, Türkiyənin yardımı Somaliuə öz Donanmasını dirçəltməyə və dəniz sərhədlərini qorumağa imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla