AZ

Milanda gecə saatlarında bunlar qadağan oluna bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İtaliyanın Milan şəhəri gecə yarısından sonra yeməklərin, o cümlədən pizza, dondurma və içkilərin satışını qadağan edən qanun layihəsi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq qanun layihəsi İtaliya şəhərinin administrasiyası tərəfindən irəli sürülüb.

Bildirilib ki, meriya şəhər sakinlərinin rahatlığı üçün belə bir addım atmaq niyyətindədir.

“Məqsəd ünsiyyət və əyləncə, eləcə də sakinlərin dincliyi və əmin-amanlığı arasında balans tapmaqdır”, - mer müavini Marko Qranelli bildirib.

Qanun layihəsi qəbul olunarsa, may ayından noyabr ayına kimi iş günləri saat 00:30-dan, həftə sonları saat 01:30-dan açıq havada oturmaq üçün yemək və içkilərin satışı qadağan ediləcək.

İtalyanların mayın əvvəlinə qədər apellyasiya şikayəti vermək və qanuna dəyişikliklər təklif etmək vaxtı var.

Qeyd olunur ki, 2013-cü ildə hakimiyyət artıq belə bir qanun tətbiq etməyə çalışsa da, etirazlarla üzləşib.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla