AZ

Nazirlər Kabinetindən YENİ SİYAHI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası tərəfindən təqdim edilib.

Həmin işlər aşağıdakılardır:

Elm sahəsində:

1. Adil Qəribov - “Atom-hidrogen energetikasında termo və radiasion-heterogen proseslər” - Rusiyada nəşr olunmuş monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu təqdim etmişdir.

2. Könül Bünyadzadə - “Sufi fenomenologiya” - monoqrafiya (iki cilddə).

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu təqdim etmişdir.

3. Fatimə Mustafayeva, Nəcəf Qəhrəmanov - “Polietilen əsasında odadavamlı kompozit materialların alınması, tədqiqi və emalı” - monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu təqdim etmişdir.

4. Qüdrət Kəlbəliyev, DilqəmTağıyev, Sakit Rəsulov - “Qeyri Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanika sahəsində fundamental tədqiqatlar”.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdir.

5. İradə Hüseynova, Samirə Rüstəmova, Durna Əliyeva, Tofiq Allahverdiyev, Atabəy Cahangirov - “Rəqəmsal və yeni genom texnologiyalarından istifadə etməklə buğdanın quraqlığa davamlılıq mexanizmlərinin araşdırılması, yeni genotiplərin yaradılması və tətbiqi”.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu təqdim etmişdir.

6. Nizami Cəfərov - “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” - kitab.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Natiq Cavadov, Elçin İsgəndərzadə, Hikmət Əsədov - “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar”.

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi təqdim etmişdir.

8. Mahirə Hüseynova - “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” - kitab.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.

9. Ziyad Səmədzadə - “XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı və onun inkişafının aktual problemləri” - silsilə əsərlər.

Azərbaycan İqtisadçılar İttifaqı təqdim etmişdir.

10. Sadiq Qurbanov - “Zamana sığmayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi”.

Azərbaycan Dövlət İqtisad Universiteti təqdim etmişdir.

11. Qurban Yetirmişli, Fəxrəddin Qədirov, Səbinə Kazımova, Rafiq Səfərov - “Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinqi üçün rəqəmsal üçsəviyyəli texnologiya (yer səthi, səthə yaxın, peyk) sisteminin yaradılması və tətbiqi: nəticələr və perspektivlər” - 2000-2023-cü illərin elmi nəşrlər silsiləsi.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təqdim etmişdir.

Texnika sahəsində:

12. İlqar Nəzərov, Məmmədsaleh Əliyev, Rafiq Hüseynov - “Hərbi təyinatlı sursatların istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsal sahələrinin yaradılması”.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsal Birliyi” MMC təqdim etmişdir.

13. Vaqif Fərzəliyev, Həqiqət Cavadova, Əfsun Sucayev, Vasif Abbasov, Səxavət Rüstəmov - “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” - kompleks elmi-texniki iş.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
3
Mənbələr
Şərh ()
Bağla