AZ

"Mersedes" marketə çırpıldı, yeniyetmə son anda... - Video

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, minik avtomobili marketə çırpılıb.

Axar.az xəbər verir ki, bu barədə görüntülər obyektin müşahidə kameralarına əks olunub.

Hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Mersedes-Benz” markalı minik avtomobili marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
21
Mənbələr
Şərh ()
Bağla