AZ

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

 

Bildirilib ki, buna səbəb “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

 

Diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.

 

Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.

 

Seçilən
40
12
1

1Mənbələr

Şərh ()
Bağla