AZ

Futbolçunun başına tribunadan bıçaq atdılar (VİDEO)

Kolumbiya çempionatında (Apertura) keçirilən matçda futbolçular qorxulu anlar yaşayıb.

Qaynarinfo-nun məlumatına görə, 18-ci turda baş tutan "Medellin" - "Atletiko Nasional" görüşündə tribunadan atılan bir bıçaq qonaqların futbolçusu Pablo Keppelinin başına dəyib. 

Xoşagəlməz anlar 2:2 bitən matçın əlavə olunmuş dəqiqələrində yaşanıb. 90+2-ci dəqiqədə künc zərbəsi zamanı tribunalardan atılan bıçaq "Atletiko Nasional"ın uruqvaylı futbolçusunun başına dəyib.  Xoşbəxtlikdən bıçağın sapı "10 nömrə"nin başına tuş gəlib və o ciddi zədə almayıb. 

Oyundan sonra açıqlama verən futbolçu, "Matçın təxirə salınacağını düşündük. Başımda şiş və qan var, amma tikiş vurulmalı durum yoxdur, narahat olmayın" - sözlərini söyləyib.

Səbuhi Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
Mənbələr
Şərh ()
Bağla