AZ

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Cəmiyyətin mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, AQC sədri Vüqar Oruc ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.Sədr bildirib ki, rəhbəri olduğu cəmiyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini genişləndirib. Bir çox dövlət qurumları və assosiativ təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyən AQC sədri bir neçə ay öncə təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) fəaliyyəti barədə toplantı iştirakçılarını məlumatlandırıb.O qeyd edib ki, cari il 31 may-2 iyun tarixlərində Bakıda türk dövlətləri qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək və bununla da prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə veriləcək.V. Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində iştirak edəcəyini bildirib.“Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bildirən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini Direktorlar Şurası üzvlərinin diqqətinə çatdırıb. Həmçinin nəzərə çatdırıb ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir.“İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də, yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq”, – deyə Vüqar Oruc vurğulayıb.V. Oruc Azərbaycan cəmiyyətin nəzdində Bank Ekspert Şurasının təsis edildiyini və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin şurada təmsil olunduğu barədə məlumat verib.Cəmiyyətin mətbuat xidmətindən Elchi.az-a bildirilib ki, AQC sədri Vüqar Oruc ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib.Sədr bildirib ki, rəhbəri olduğu cəmiyyət dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri və beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini genişləndirib. Bir çox dövlət qurumları və assosiativ təşkilatlarla qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalandığını söyləyən AQC sədri bir neçə ay öncə təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) fəaliyyəti barədə toplantı iştirakçılarını məlumatlandırıb.O qeyd edib ki, cari il 31 may-2 iyun tarixlərində Bakıda türk dövlətləri qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək və bununla da prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə veriləcək.V. Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində iştirak edəcəyini bildirib.“Bakı Zirvəsi”ndə Azərbaycanın dövlət rəsmilərinin, millət vəkillərinin, ictimaiyyət xadimlərinin və kütləvi informasiya vasitələrinin də iştirak edəcəyini deyən AQC sədri tədbirə yüksək səviyyədə hazırlığın təmin olunması məqsədilə Təşkilat Komitəsinin təsis edildiyini söyləyib.“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu bildirən sədr rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak etdiyini Direktorlar Şurası üzvlərinin diqqətinə çatdırıb. Həmçinin nəzərə çatdırıb ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir.“İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də, yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik. Eyni zamanda, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti təlimə də start vermişik. Qaydalara müvafiq olaraq təlim iştirakçıları yekunda imtahanda iştirak edəcək və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq”, – deyə Vüqar Oruc vurğulayıb.V. Oruc Azərbaycan cəmiyyətin nəzdində Bank Ekspert Şurasının təsis edildiyini və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin şurada təmsil olunduğu barədə məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla