AZ

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı

Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən və bir müddət əvvəl müalicə aldığı xəstəxanada vəfat edən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ramiz Taxvelinin hüquqi varisi qismində anası tanınıb. Anası Gülarə Məmmədova məhkəməyə ərizə göndərib. Amma prosesdə iştirak etmək istəmədiyini qeyd edib.Hakim bildirib ki, Ramiz Taxveli bu ilin aprelin 3-də müalicə aldığı 1 saylı Ruhi-Əsəb Dispanserinndı ürəyin işemik xəstəliyindən vəfat edib.Hakim qeyd edib ki, Ramiz Taxvelinin vəfat etməsi ilə bağlı məhkəmə istintaqının təzələnməsi təklif edilir. Prokuror və təqsirləndirilən mərhumun vəkili, həmçinin hüquqi varisin nümayəndəsinin vəkili məhkəmə istintaqının təzələnməsi, ilin araşdırılmasına etiraz etməyiblər.Hakimlər məhkəmə istintaqının yenidən təzələnməsi barədə qərar qəbul edib.Məhkəmə baxışı mayın 14-ə təyin edilib.Qeyd edək ki, 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub. Buna görə də o, müalicə alması üçün 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib.Ramiz Taxveli bu ilin aprelində müalicə aldığı xəstəxanada vəfat edib.İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu nəticəsində psixi pozğunluq halında törətdiyi müəyyən olunub. Ramiz Taxveliyə məxsus avtomaşına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.İstintaq sənədlərinə görə, Ramiz Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib.O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb.Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb və analarını çağırsalar da, Ramiz Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.Qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktoru olub. O, Azərbaycanın xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.Qətlə yetirilən Adelya Taxveli isə “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.İstintaq orqanı tərəfindən Ramiz Taxvelinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11245
Helikopter qəzası ilə bağlı yeni xəbər
7358
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5761
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5348
Rəisi öldü, Pakistanda matəm elan edildi
5110
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3964
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3776
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3670
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3218
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2782
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546