AZ

COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander

Azərbaycanda keçiriləcək COP29-un nə dərəcə əhəmiyyətli olduğu barizdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Belçika Hüquqşünaslar və Vasitəçilər assosasiyasının üzvü Jean de Brabander deyib.

O qeyd edib ki, bu tədbir vasitəsilə xarici media da Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq.

"Azərbaycanın yanacaq istehsal edən ölkə olaraq COP29-a necə ev sahibliyi edəcəyi müzakirə edilir. ğBir məsələ aydın olmalıdır ki, Azərbaycan yaşıl enerjiyə keçid mövzusundə üzərinə məsuliyyət götürüb. Bu məsələyə ciddi şəkildə fokuslanıb",- deyə o bildirib.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla