AZ

“Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır” - ŞƏRH

İlham Əliyev: "Azərbaycanda həyata keçirilən infrastruktur layihələr arasında bu layihə xüsusi əhəmiyyət daşıyır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edib. Bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladığını diqqətə çatdıran Prezident İlham Əliyev, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Ölkəmizin başçısı deyib ki, 1958-ci ildə inşa edilən Şirvan kanalı faktiki olaraq yenidən inşa ediləcək və minlərlə insan bu layihədən faydalanacaq. Prezident xüsusi vurğulayıb ki, əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölünün 10 ildən çoxdur ki, tamamilə quruduğunu deyən ölkəmizin başçısı bildirib ki, Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun təbiətə çox müsbət təsiri olacaq.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədinin ölkəmizin sürətli inkişafını təmin etmək, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaq olduğunu deyən İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələr ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Prezident deyib ki, bu, bizim suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq və yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Qarabağ kanalının inşasına gələn ildən başlanılacağını diqqətə çatdıran ölkəmizin başçısı 9 rayonun Qarabağ kanalı vasitəsilə suvarılacağını bildirib. İqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatçılığın olduğuna diqqət çəkən İlham Əliyev bildirib ki, su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.

Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələrinin nəzərdə tutulduğunu, Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsinin perspektivdə olduğunu deyən Prezident İlham Əliyev, gələn ildən bu layihələrin icrasına başlanılacağı əminliyini ifadə edib. Ölkəmizin başçısı xüsusi vurğulayıb ki, Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur: «Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir. Dediyim bu layihələrin hamısı icra ediləcək».
Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu diqqətə çatdıran ölkəmizin başçısı bildirib ki, kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Prezident sonda əminliyini bildirib ki, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8397
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5377
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5177
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4952
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4755
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3838
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3122
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2900
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2829
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2783
Sabah 20 dərəcə isti olacaq
2724
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2309
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2287
Röyanın biabırçı videosu yayıldı
2271
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2118
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2109
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1938
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1885
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1714
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1691