AZ

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan “Azərbaycanda müəlliflik hüququ: tarix, ənənə, təcrübə” mövzusunda məruzə edib. Tədqiqatçı əvvəlcə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin irsində kitab, müəllif, müəllif hüququ anlayışlarını özündə əks etdirən nümunələri səsləndirib.

Azərbaycanda müəlliflik hüququ ənənələrinin uzaq dövrlərə gedib çıxdığını bildirən məruzəçi “Kitabi-Dədə Qorqud” dastanının buna ən yaxşı nümunə olduğunu qeyd edib. O, Dastanda Dədə Qorqudun hər boydakı əhvalatların sonunda söz söyləməsini tarixi abidəyə öz möhürünü vurması kimi səciyyələndirib. Bu ənənənin sonralar istər aşıq yaradıcılığında, istərsə də klassik yazılı ədəbiyyatda şeirlərin son bənd və son beytlərindəki möhürbəndlə davam etdirildiyini xatırladan Knyaz Aslan bütün bunların müəlliflik hüququ anlamına uyğun gəldiyini söyləyib.

Məruzəçi Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə hər il keçirilən tədbirlərdə müəlliflərin, kitab ticarətçilərinin, nəşriyyat şirkətlərinin, rəssamların, tərcüməçilərin bir araya gəldiyini, bu tədbirlər vasitəsilə keçmişlə gələcək arasında varislik əlaqəsinin yaradıldığını, nəsillərin və mədəniyyətlərin inteqrasiyasının bütövlükdə bəşəriyyətə xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulub. Ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb, Ulu Öndər Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb.

Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti geniş şərh edilib, bu sahədə dövlət siyasəti barədə məlumat diqqətə çatdırılıb.

Sonra müzakirələr aparılıb.

Seçilən
123
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22064
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19488
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18378
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17842
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17421
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17277
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16285
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15693
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12203
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10007
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8812
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8107
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7691
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7345
Minimum əmək haqqı nə qədər arta bilər?
7135
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6534
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865