AZ

Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib

DİN yanında İctimai Şuranın keçirdiyi tədbirdə QHT-lər təkliflərini dövlət qurumlarına təqdim ediblər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura və "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə 19 aprel 2024-cü il tarixdə  "Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda İctimai dinləmə keçirilib İctimai dinləmənin keçirilməsində məqsəd  kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndimə sahəsində görülən işlərin dəyərləndirilməsi və bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün fikir mübadiləsinin aparılması, ictimaiyyətin rolunun gücləndirilməsidir.
 
Aktual.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, DİN yanında İctimai Şura üzvləri və QHT təmsilçiləri iştirak ediblər.
 
Ümumlikdə, tədbirə 50 nəfər iştirakçı qatılıb. 
 
DİN yanında İŞ sədri Əliməmməd Nuriyev  "Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Ə,Nuriyev kibercinayətkarlıq hallarına qarşı mübarizədə tərəfdaşlıq və əməkdaşlıq modelləri, İctimai Şura və QHT-lərin əhalinin maarifləndirilməsində rolu, eyni zamanda dövlət qurumlarından bu sahədə gözləntilərlə  bağlı fikirlərini səsləndirib və təkliflər irəli sürüb. 
 
DİN  nümayəndəsi, polis mayoru Abbas Rüstəmzadə Nazirlik tərəfindən  kibercinayətkarlıq hallarına qarşı mübarizə sahəsində görülən işlər haqqında  ətraflı məruzə ilə çıxış edib. DİN nümayəndəsi QHT-lərdən gözləntilər və birgə əməkdaşlıq imkanları haqqında öz fikiləri ilə bölüşüb və sualları cavablandırıb.
 
Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri qanunvericliyin təkmilləşdirilməsi, əhalinin məlumatlandırılması, qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.
 
QHT nümayəndələrindən Mehriban Zeynalova, Osman Gündüz, Samir Həsənov, Hafiz Həsənov, Eynulla Xeyrullayev, Məshəti Hüseynova, Büllur Məmmədova və digərləri rəy və təklifləri ilə bölüşüblər. 
 
"Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, ictimai dinləmədə aparılan müzakirələr və  sələnmiş təkliflər bir daha göstərib ki, əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılmalıdır. 
 
Ə.Nuriyev bildirib ki, təkliflər sistemləşdiriləcək və İctimai Şura adından müvafiq dövlət orqanlarına təqdim ediləcək.






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7576
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4865
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2700
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2581
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2258
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1658
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579