AZ

Dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cari ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur.

Maliyyə Nazirliyindən FED.az-a bildirilib ki, hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27,0 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.

2024-cü ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 532,0 milyon manat və ya 14,2 faiz, gömrük orqanlarının xətti ilə 102,9 milyon manat və ya 7,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 0,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 2,0 milyon manat və ya 27,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 52,3 milyon manat və ya 23,2 faiz çox icra edilib.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1619,3 milyon manat və ya 2 dəfə, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,3 milyon manat və ya 16,5 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar və digər daxilolmalar üzrə 16,6 milyon manat və ya 6,3 faiz çox, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 617,8 milyon manat və ya 12,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 75,1 milyon manat və ya 4,9 faiz az icra edilib.

DövlətDövlət

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7169
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5047
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4748
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4529
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4320
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3608
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2902
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2640
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2566
Sabah 20 dərəcə isti olacaq
2515
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2447
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2149
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2144
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2041
Röyanın biabırçı videosu yayıldı
1979
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1973
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1670
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1559
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1548
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1512