AZ

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib - FOTOLAR - VİDEO

Aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib. 

FED.az xəbər verir ki, çıxış edənlər Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ölkə rəhbərinin dövlət sərhədinin mühafizəsinə ali diqqətinin növbəti təzahürü olduğunu bildiriblər.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. 

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib.

Bildirilib ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.
 

YeniYeniYeniYeniYeniYeniYeniYeni

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
12
Mənbələr
Şərh ()
Bağla