AZ

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

Bir çox insanlar müxtəlif səbəblərdən həyatlarının müəyyən bir nöqtəsində işlərinə ara verməli olurlar. Fasilə uzun olanda iş həyatına uyğunlaşmaq çətinləşir. Bəs, insan uzun fasilədən sonra iş həyatına necə qayıtmalıdır? 

Həyatda zaman-zaman fərqli prioritetlərimiz ola bilər. Valideyn olmağa qərar vermək, səhhətində problemlər, tamam başqa sektora addım atmaq istəmək və s. Ola bilsin ki, bir çox başqa səbəblərə görə iş həyatınıza ara vermək məcburiyyətində qalmısınız. Yenidən işə başlamaq istəyirsinizsə, lakin ilk addımı atmaq üçün haradan başlayacağınızı bilmirsinizsə, bu məqalə sizə faydalı olacaq.

Məqsədlərinizi dəqiqləşdirin

Yeni bir başlanğıc edərkən, bunun daimi bir addım olması üçün əvvəlcə nə istəmədiyimizə qərar vermək vacibdir. Bunun üçün keçmiş təcrübələrimizdən istifadə etmək lazımdır. Sənaye, şirkət ölçüsü, iş tərzi, sosial və s. Gözləntilərinizi əhəmiyyət sırasına görə sıralamaq məqsədinizi müəyyənləşdirməyə kömək edəcək. 

İş sektorunuza və əlaqələrinizə diqqət edin

Əgər işlədiyinizdən bir müddət keçibsə, iş sektorunuz və onun iş imkanları ilə yenidən tanış olmanız lazım ola bilər.

 İş sektorunuzu araşdırın. Sizi maraqlandıran rollar üçün maaş aralığını öyrənmək vacibdir. İstədiyiniz vəzifənin maaş aralığını öyrəndikdən sonra iş seçimi etməlisiniz. 

Əlaqələr yaradın. Keçmiş həmkarlarınıza iş həyatına qayıtmaq istədiyinizi bildirə bilərsiniz. Bu insanlar sizi iş sektoru haqqında məlumatları, dəyişən rəqibləri və yeni ideyalar haqqında məlumat verə bilərlər. 

Konfranslarda iştirak edin. Konfranslar təkcə əlaqələrinizi genişləndirmək üçün deyil, həm də sürətinizi artırmağa kömək edir. Öz sektorunuzla bağlı qruplara qoşulmaq sizi peşəkarlaşdıracaq.

Bacarıqlarınızı təzələyin

Müsahibəyə getməzdən əvvəl bacarıqlarınızı təzələməyi unutmayın. Bunu etmək sizi daha inamlı edəcək. Əgər tanış olmadığınız yeni məhsullar və ya proqramlar varsa, dərs keçməyi düşünə bilərsiniz. Yeni bacarığı mənimsədikdən sonra onu CV-nizə əlavə edə bilərsiniz. Bəzi sahələr tez dəyişmir. Köhnə nəşrləri nəzərdən keçirmək, konfranslarda iştirak etmək və ya sənaye xəbərlərini oxumağa başlamaq, podkastları dinləmək, xəbər bülletenlərinə abunə olmaq və s. kimi fəaliyyətlər məlumat əldə etməyə və unutduqlarınızı xatırlamağa kömək edir.

CV-nizi yeniləyin və müsahibənizi təkrarlayın

İşəgötürənlərin sizi daha asan tanıması üçün aktual CV ilə iş axtarmağa başlamalısınız. Keçmiş təcrübənizdə köhnəlmiş məqamlar varsa, onları yeniləməlisiniz. Müraciət etmək istədiyiniz vəzifə üçün hansı səriştələrin tələb olunduğunu öyrənməlisiniz. Müraciət üçün xüsusi hazırlanmış örtük məktubu bir çox namizəd üçün vacibdir. Xüsusən də uzun fasilədən sonra işə başlayacaq namizədlər üçün. Odur ki, işdən niyə fasilə verməli olduğunuzu və işə qayıtmaq istəyinizi qısa və təsirli şəkildə izah etməlisiniz.

İşdən ara vermə səbəbiniz nə olursa olsun, onu qısa bir şeyə çevirməyə çalışmalı, sonra söhbəti son təcrübənizə çevirməlisiniz. Axı, vaxt keçsə də, təcrübəniz həmişə etibarlı olaraq qalır. Mümkün müsahibə suallarını öyrənməlisiniz və müsahibə anını məşq etməyi unutmayın. Beləliklə, təkmilləşdirməli olduğunuz aspektləri aydın şəkildə müəyyən edə bilərsiniz.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24200
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13570
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11538
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
7904
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5774
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5743
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5590
Rəisi öldü, Pakistanda matəm elan edildi
5389
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3999
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3803
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3710
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3553
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3337
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3119
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2786
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2556