AZ

Aysun qızına qoyacağı adı açıqladı - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müğənni Aysun İsmayılova dünyaya gələcək qızından söz açıb. 

 

Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində danışıb. 

 

O bildirib ki, qızına "Sevgi" adını qoyacaq: 

 

"Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı çox böyük problem yaşayırıq. Qorxuram ki, adın düşər-düşməməzliyi ola bilər. O şeylərdən qorxan insanam. Bu məsələni ərimin seçiminə buraxmışam. Bu, onun ilk qızı olacaq. O necə istəyirsə, elə də olsun. Deyir ki, qızımıza "Sevgi" adını qoyaq. Amma hələ dəqiq bilmirəm". 

 

Xatırladaq ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ərə gedib. O, vəkil Ramil Vəliyevlə nikaha girib. 

 

Tarix: 23 Aprel 2024, 16:21   
Seçilən
37
2
1

1Mənbələr

Şərh ()
Bağla