AZ

Azərbaycanda dövlət borcuna xidmət xərcləri kəskin artıb

Bu ilin I rübündə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çox - 1 milyard 88 milyon manat və yaxud dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 55,15 %-i qədər olub.

Demokrat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında daxili dövlət borcu üzrə 66,6 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 021,4 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 171,4 milyon manat) ödənilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, bu il aprelin 1-nə xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
1
demokrat.az

6Mənbələr