AZ

Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.

Qeyd edilib ki görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la bağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirə edilib.

Xatırladaq ki, 22 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
  • Ceyhun
Seçilən
28
1
1

1Mənbələr

Şərh ()
Bağla