AZ

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə, 30-a qədər komanda mübarizə aparacaq.

“Report” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatası aprelin 30-dan mayın 3-dək keçiriləcək.

Dörd gün davam edəcək marafona 20-dən çox ölkədən - Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar qatılacaq.

Reqatanın rəsmi paradı aprelin 30-da, saat 12:00-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində başlayacaq. Açılış mərasimi və ilk yarışlar isə mayın 1-də Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Tədbirdə əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq.

Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21342
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12126
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6319
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5427
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5359
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3837
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3425
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3282
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3125
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2870
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2867
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2683
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2395
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2374
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1985