- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Son 24 saat ərzində Tayvanın şərq sahilləri yaxınlığında 247 yeraltı təkan qeydə alınıb.
Bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatında deyilir .
Büronun məlumatına görə, aprelin 22-si saat 15:08-dən aprelin 23-ü saat 13:30-a qədərHualien dairəsi yaxınlığında 247 təkan qeydə alınıb. Onlardan ən güclülərinin gücü 6,3-ə çatıb.
Büro onu da bildirib ki, aprelin 3-dən adada 1095 təkan qeydə alınıb.
Bazar ertəsi, aprelin 22-də axşam saatlarında eyni adlı qraflığın Hualien şəhərindən 6 km şərqdə 6,1 bal gücündə zəlzələ baş verib . Episentr 7 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.