AZ

“PAŞA Bank” yerli bazara “Tarifim” xidmətini təqdim edib (VİDEO)

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”kiçik və orta sahibkarların gündəlik biznes fəaliyyətiniasanlaşdıran “Tarifim” xidmətini təqdim edib.

Yeni xidmət ilə sahibkarlar “PAŞA Bank Biznes”platformasındaonlara lazım olan xidmətləri seçərək, bizneslərinin ehtiyacı olanməbləğ və müddəti özləri təyin edirlər. Birdəfəlik ödəniş edərək,seçdikləri məbləğ çərçivəsində köçürmələr və valyuta mübadiləsiniəlavə komissiya ödəmədən icra etmək imkanı əldə edirlər. Xidmətədaxil olan məhsullar müştərilər tərəfindən gündəlik ən çox istifadəolunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pulvəsaitlərinin yerli və xarici valyuta ilə bankdan kənar köçürmələrvə valyuta mübadiləsi daxildir.

Qeyd edək ki, “Tarifim” xidməti ilə biznes sahibləri endirimlitariflərdən faydalana və xərclərini optimallaşdıra bilərlər.Hazırkı bazar şəraitində bizneslər üçün həm öz xərclərinioptimallaşdırmaq və əməliyyatlarını sadələşdirmək, həm də maliyyəməsələlərinin idarə edilməsinin effektivliyini artırmaq mühümməqamlardandır. Bu baxımdan, “PAŞA Bank” tərəfindən hazırlanan“Tarifim” xidməti sahibkarların gündəlik biznes ehtiyaclarınıntəmin edilməsi üçün faydalı xidmətdir.

Xatırladaq ki, sahibkarlar tamamilə onlayn hesab açmaqla“Tarifim” xidmətinə qoşula bilərlər.

Tarifim xidmətindən yararlanmaq və öz tarifinizi yaratmaq üçünkeçid edin: https://pshb.az/ferdi_tarifini_yarat

Məqalədə:
Seçilən
167
4
Mənbələr
Şərh ()
Bağla