AZ

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Türkiyə

Ankara, 23 aprel, AZƏRTAC

Türkiyə ordusu İraq və Suriyanın şimalında ümumilikdə 19 PKK terrorçusunu zərərləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı aprelin 23-də Türkiyənin Milli Müdafiə Nazirliyi paylaşıb. Məlumata əsasən, terrorçu təşkilatın dörd üzvü Suriyanın şimalında, daha 15 terrorçu isə İraq ərazisində məhv edilib.

“Millətimiz və şəhidlərimiz naminə mübarizəmiz tam gücü ilə davam edir. Terrorçular layiq olduqları cəzadan yayına bilməyəcəklər”, - deyə nazirlikdən bildirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla