AZ

Spikerdən deputata cavab: "Hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur"

Spikerdən

Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin aprelin 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Avropada araşdırmalara görə vətəndaş nikahı azalsa da, Azərbaycanda getdikcə artır: “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”(Report).

Spiker Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
5
Mənbələr
Şərh ()
Bağla