AZ

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Şahmat

Bakı, 23 aprel, AZƏRTAC

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı adını finala yazdırıb.

Yarımfinalın ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1). Bu gün M. Muradlı və V. Rəsulov arasında tay-breyk oynanılacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
8
Mənbələr
Şərh ()
Bağla