AZ

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Efiopiyada

Bakı, 23 aprel, AZƏRTAC

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatına görə, Efiopiyanın şimalında silahlı toqquşmalar nəticəsində didərgin düşənlərin sayı 50 mini ötüb.

AZƏRTAC “Relief Web” saytına istinadla xəbər verir ki, BMT rəsmisinin açıqlamasına görə, köçkün əhaliyə Kobo və Şimali Vellodadan 42 min, Sekota və Vaq Hamra bölgələrindən isə 8300 nəfər daxildir.

Məlumatda bildirilir ki, ağır vəziyyətlə üzləşən Efiopiyada minlərlə insanın, xüsusilə də uşaqların sağ qalması üçün geniş humanitar dəstəyə ehtiyac var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla