AZ

Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.

İcmadan "İki sahil"ə bildirilib ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna malik olduqlarını vurğulayıb.

Kamal Cəfərov azərbaycanlıların Ermənistandan bir neçə mərhələdə qovulduğunu bildirərək 1987-1991-ci illərdəki son deportasiya zamanı 300 min azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarıldığını qeyd edib. İcmanın nümayəndəsi Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı beynəlxalq humanitar hüququn çoxsaylı pozuntusunun törədildiyini bildirib. O, ATƏT-i və vətəndaş cəmiyyətlərini soydaşlarımızın geri qayıdış hüququnu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də təxribata əl ataraq Qərbi Azərbaycan İcmasının nümayəndəsinin tədbirdə iştirakına mane olmağa cəhd göstərib. Lakin buna nail ola bilmədikləri üçün tədbiri tərk ediblər.

Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayır və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu və Media Azadlığı üzrə nümayəndəsini Ermənistanın bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
9022
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5519
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5343
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5136
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5043
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3932
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3195
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3099
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3078
Sabah 20 dərəcə isti olacaq
2829
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2822
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2658
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2412
Röyanın biabırçı videosu yayıldı
2342
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2334
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2205
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2136
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2091
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1784
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1724