AZ

"Bu fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq" - VİDEO - FOTO

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı azərbaycanlı kinorejissor Ayaz Salayev olub.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən danışan A.Salayev hazırda problemin yalnız ideologiyada olduğunu qeyd edib.

Onun fikrincə, indiyədək ermənilərin ictimai təfəkküründə, sadə insanlarda azərbaycanlılar barəsində mənfi fikir hökm sürdüyü müddətcə yaxşı heç nə olmayacaq.

"Professor Preobrajenskinin (Mixail Bulqakovun povestinin qəhrəmanı) dediyi kimi, bərbadlıq beyinlərdədir. Bu aradan qaldırılmadığı müddətcə heç nə olmayacaq", - o deyib.

Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla