AZ

Qazaxın Ermənistanda qalan kəndinin rəhbəri istefa verdi

Qazaxın Ermənistanda qalan kəndinin rəhbəri istefa verdiErmənistanın Tavuş vilayətinin Kirants kəndinin rəhbəri istefa verib. Adalet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Kamo Şahinyan qərarını kənd bələdiyyəsinin yaxınlığında toplaşan sakinlərə çatdırıb. İstefaya səbəb isə dünən baş nazirin müavini ilə baş tutan görüşün nəticəsiz keçməsi, hökumətin icma başçılarının sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qəbul etməməsidir.Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından sonra, həmin kənd sərhəddə qalacaq və oradan sözügedən kəndlərə yol çəkiləcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
Mənbələr
Şərh ()
Bağla