AZ

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasındakı razılaşma haqda danışıb

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani də Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

Qeyd edib ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə edən Ermənistan və Azərbaycanı alqışlayıram. Onların diplomatiyası ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində irəli mühüm addım atıb.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
3
Mənbələr
Şərh ()
Bağla