AZ

AFFA-nın yeni rəhbərliyinin də pulu yoxdur?

Tovuzda keçirilən "Kəpəz" - "Sabah" (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç vacib məsələyə toxunub.

O, deyib ki, Xorvatiyada yüksək liqanın oyunları süni örtüklü meydançalarda keçirilmir.

Əslində, nümunə götürəsi olsaq, heç uzağa getmək lazım deyil. Qonşu Gürcüstanda da xeyli vaxtdır ki, əsas liqanın komandaları təbii ot örtüklü meydançalarda oynayırlar.

Bu məsələ Renduliçə qədər də qabardılıb. Ölkəmizin ən nüfuzlu futbol adamı Qurban Qurbanov da dəfələrlə deyib ki, belə meydançalarda oynamaq zədələr bahasına başa gəlir.

Lakin AFFA nə Qurban Qurbanovu eşidib, nə də başqalarını. Cavab da bu olub ki, AFFA-nın Tovuzdakı örtüyü dəyişmək üçün pulu yoxdur.

Hərçənd, illik maliyyə hesabatı açıqlananda AFFA-nın yetəri qədər pulu olduğu üzə çıxdı.

Yəqin demək istəyiblər ki, "Turan Tovuz"a verməyə pulları yoxdur. Yoxsa əcnəbilərə, Berlindəki futbol məktəbinə və s. layihələr üçün pul olub, var və həmişə olacaq da!

Bütün olub-keçənləri federasiyanın sabiq idarəçisi Elxan Məmmədovun ayağına yazan yeni rəhbərlik hələ də tərpənmək istəmir. "Daşdan səs çıxır", Rövşən Nəcəfdən yox.

Əvvəlki rəhbərlik arsızlığına salıb deyirdi ki, Tovuz stadionundakı örtüyü dəyişməyə pulumuz yoxdur. İndiki rəhbərlik isə ümumiyyətlə bu barədə danışmaq istəmir. Sanki Azərbaycan futbolunda belə bir problem mövcud deyil.

Biz deyəndə qulaqardına vurursuz, azərbaycanlıların sözünü ucuz tutursuz. Bu dəfə sevdalısı olduğunuz əcnəbi danışıb.

Heç olmasa, onun sözünə qulaq verin. "Turan Tovuz" son illərin yeganə klubudur ki, hansısa iş adamı ona sahib çıxıb. Bu klubun arxasında nə hansısa məmur var, nə də oliqarx.

Sadəcə vətənpərvər bir iş adamı öz rayonu naminə bu ağır işin altına girib. Düşünmək olardı ki, AFFA da ona hər cür dəstək olub, kömək edəcək.

Lakin tam əksini gördük. Ən pisi odur ki, yeni gələnlər də təfəkkür olaraq əvvəlkilər kimidilər. AFFA-da rəhbərlik dəyişib, xislət elə həminkidir (sportal.az)...

Həmid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23624
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13128
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10281
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5683
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5511
Helikopter qəzası ilə bağlı yeni xəbər
5216
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4204
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3745
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3663
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3499
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3457
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3418
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3053
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2745
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2715
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2519