AZ

Hikmət Mirzəyev və Əli Nağıyev ABŞ-nin qara siyahısında

Azərbaycanın Rusiya sülhməramlılarını ölkədən çıxardığı, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə etdiyi bir məqamda ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.Bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. Onun sözlərinə görə, təklif yunan əsilli ve ermenipərəst siyasətçi-demokrat Dina Titus tərəfindən irəli sürülüb.

"Siyahıya baxırsan ki, əsasən hərbiçilərdir. Bu ölkədə, hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilen zabiti general-leytenant Hikmət Mirzəyevdir ki, onun da adı siyahıya salınıb.

Hikmət Mirzəyev quru qoşunları komandanı və müdafiə nazirinin müavinidir. İndi bu kontekstdə ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, diğər tərəfdən Azərbaycan ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!

Siyahıda adı olan bir digər mühüm şəxs isə DTX rəhbəri general-polkovnik Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə və əsasən Qərbi hədəf alan beynəlxalq terrorizmə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ-la Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!!!

Qısaca, ümumilkdə Qərb qurumlarının Qarabağ mövzusunda ədalətsiz yanaşması sonrasında, ABŞ Kongresi bu addım ilə də Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir.

Sonra da oturub şikayət edəcəklər ki, Azərbaycan niyə Rusiya, İran və ya Çinlə əməkdaşlıq edir, bizi isə kənarda qoyur?!".

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
7
azvision.az

9Mənbələr