AZ

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Bakı, 23 aprel, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev gənc tədqiqatçılarla görüşüb.

UNEC dən AZƏRTAC-a bildirilib ki, görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti, o cümlədən gənclərin elmə gəlməsində elmin populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə tutulan işlər, eləcə də mərkəzin yaradılacaq saytı barədə maraqlı təqdimatla çıxış edib.

Görüşdə elmin populyarlaşdırılması ilə bağlı suallar da cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
9
Mənbələr
Şərh ()
Bağla