AZ

ABŞ Hikmət Mirzəyevi və Azərbaycan rəsmilərini niyə HƏDƏFƏ ALIB? - ŞƏRH

ABŞ Hikmət Mirzəyevi və Azərbaycan rəsmilərini niyə HƏDƏFƏ ALIB? - ŞƏRH

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar. Bəs ABŞ niyə Hikmət Mirzəyevi və 40 Azərbaycan rəsmisini hədəfə alıb.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ABŞ-də müzakirəyə çıxarılacaq sanksiyalar məsələsi Azərbaycana qarşı elan edilmiş hibrid müharibənin bir elementi kimi qiymətləndirilir.

" Xüsusilə 44 günlük müharibədə ölkəmizin Vətən müharibəsi qəhrəmanı Hikmət Mirzəyevin və digər məmurlarımızın adının olması ərazilərimizi işğaldan azad etməsinə qarşı qisas xarakteri daşıyır. Onlar heç cürə bunu həzm edə bilmirlər. Azərbaycan torpaqlarını işğaldan azad etdi və antiterror əməliyyatı ilə separatizmin kökünü birdəfəlik kəsdi. Ərazilərimiz tamamilə nəzarətə götürüldü və Rusiya sülhməramlılari regionu artıq tərk edir. 2020-ci ilin sentyabrın 27-dən bu günə qədər baş verən hadisələrin əsas səbəbkarlarını bu yaxud digər formada beynəlxalq sanksiyalara bağlamaqla insanları cəzalandırmağa çalışırlar. Belə bir görüntü yaratmaq, Azərbaycan üçün çox bir şeyi dəyişməyəcək".

Ekspertin sözlərinə görə, Hikmət Mirzəyevin Azərbaycan dövləti və xalqı üçün etdikləri bir tarixdir.

"Adətən deyirlər ki, sərkərdələr xalqların taleyidir. Eyni dönəmdə bizim 44 günlük müharibədə qələbəmizin səbəbkarlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev idi: Bunu bilərəkdən, yəni şüurlu şəkildə edirlər. Onlar sahədə olan məğlubiyyətlərini indi masada bu kimi tədbirlərdə, beynəlxalq məhkəmələrdə əvəz kimi çıxmağa çalışırlar. Biz ilə müharibəni artıq o mərhələyə daşıyacaqlar. Müharibənin davamını bizimlə bu kimi sanksiyalar və həmin sanksiyalara daxil edilən şəxslərin cəzalandırılması ilə aparacaqlar. Cənab Prezident bu halları andiçmə mərasimində bildirmişdi. İndi bu da onun tərkib hissəsidir. Yavaş-yavaş bu hibrid müharibənin izləri üzə çıxır. Hazırda bu sanksiyalar qəbul edilməyib və irəli sürülmüş təkliflərdir. Bunu ABŞ bir şantaj vasitəsi kimidə istifadə edə bilər. Hətta bunun baş tutmaması ehtimalı belə var. Amma onların bu sanksiyaları qəbul etməyi ölkəmiz və xalqımız üçün çox bir şeyi dəyişməyəcək".

Qeyd edək ki, General Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən məqamdır. Qanun layihəsində isə Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Sevda Səfərova

Seçilən
160
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4208
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3762
Bu yol qovşağında təmir işləri aparılacaq
3295
Bakıda hoteldə yanğın başlayıb
2832
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1937
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1777
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1596
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1580
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1561
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1386
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1355
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1269
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1253
Azərbaycan nefti ucuzlaşıb
1191
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1040
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1039
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1015
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
972
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914