AZ

Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunub

Azərbaycanda
Bu ilin I rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 milyard 129,3 milyon kVt/saat, ixracı 360,3 milyon kVt/saat, idxalı isə 44,3 milyon kVt/saat olub. 1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə istilik elektrik stansiyalarının hesabına 6 milyard 519,2 milyon. kVt-saat, su daxil olmaqla bərpa olunan enerji mənbələrinin hesabına 241,5 milyon kVt/saat artımla 610,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
11
Mənbələr
Şərh ()
Bağla