AZ

Yanvar-mart aylarında İngiltərə vətəndaşları Türkiyədə 100-dən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında İngiltərə vətəndaşlarıTürkiyədə 119 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 46 obyekt azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında İngiltərə vətəndaşlarıTürkiyədə 37 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayıilə müqayisədə 28 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279min 604 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faizazdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə48 faiz azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
29
Mənbələr
Şərh ()
Bağla