AZ

KXDR nüvə əks-zərbəsi keçirmək üçün ilk təlimini keçirib

KXDR ultra iri 600 mm çaplı raket silahlarının batareyalarından istifadə edərək simulyasiya edilmiş nüvə əks-hücumunun başlanması üçün ilk kompleks taktiki təlim keçirib...Poliqon xəbər verir li, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Agentlik qeyd edib ki, KXDR lideri Kim Çen In təlimlərdə iştirak edib.Təlim zamanı simulyasiya edilmiş nüvə başlığına malik ultra iri reaktiv odlu silahdan mərmilər atılıb. KCNA materialında qeyd olunur ki, mərmilər 352 km məsafədəki hədəf adaya dəqiqliklə düşüb.KCNA mətnində sitat gətirilən Kim Çen Inın sözlərinə görə, bu təlimlər KXDR-in nüvə silahlı qüvvələrini “hər an, istənilən vəziyyətdə müharibənin qarşısını almaq və təşəbbüsü əldə etmək kimi mühüm missiyanı təcili və dəqiq yerinə yetirməyə” hazırlanıb. Agentliyin bəyanatında qeyd edilir ki, təlimlər “düşmənlərin təxribat xarakterli hərbi hərəkətləri” fonunda baş tutub və onlar üçün “birmənalı xəbərdarlıq siqnalına” çevrilib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
poliqon.az

10Mənbələr