AZ

Vitold Zqlenitski ilə bağlı kitab təqdim olunub

Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olan polşalı mühəndis, görkəmli ixtiraçı, geoloq və xeyriyyəçi Vitold Zqlenitski ilə bağlı kitab çap olunub.

525.az xəbər verir ki, Polşanın ölkəmizdəki səfirliyi kitabın təqdimat mərasimini keçirib.
Tədbirdə çıxış edən Polşa səfirinin müavini Mixal Qreçilo deyib ki, Azərbaycanın qaz və neft sektorunda əhəmiyyətli kəşflərinə baxmayaraq Vitold Zqlenitski ölkədə az tanınır. Bu kitabın çapında məqsəd onun fəaliyyəti və töhfələri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Diplomat qeyd edib ki, kitab iki dildə - Azərbaycan və İngilis dillərində nəşr olunub.

“Bu kitab bir neçə il əvvəl Polşada professor Anceey Xodubski tərəfindən yazılıb.   Kitabı təqdim etməkdə məqsədimiz  Azərbaycandilli və ingilisdilli oxucuların geoloq və ixtiraçının fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaratmaqdır. Buna görə də səfirlik kitabı iki dildə nəşr etməyi qərara alıb. Bu kitabın Azərbaycandilli versiyasının təbliği ilə bağlı tədbir bu ilin fevralında baş tutub və Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə təşkil olunub”, - Qreçilo deyib. 

Daha sonra sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov polşalı alim haqqında təqdimatla çıxış edərək onun neft və qaz sektoruna verdiyi töhfələr barədə danışıb.

Qeyd edək ki, Vitold Zqlenitski 1850-ci ildə Polşada anadan olub.  Polşada, daha sonra isə Riqada çalışdıqdan sonra 1891-ci ildə Bakıya köcüb və ömrünün sonuna qədər burada yaşayıb.

Qeyd edək ki, o dövrdə Zqlenitskinin təşəbbüsü ilə Bakıda su kanalının tikintisinə başlanılıb, həmçinin alim neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olub. Təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb.

Cənab Zqlenitski, həmçinin elmin inkişafını da dəstəkləyirdi. O, Bakıdakı Rus Texniki Cəmiyyyətin kitabxanasına maddi yardım göstərib.
V.Zqlenitski bir cox elmi əsərlərin və geologiya sahəsində (həmcinin Qafqazda neft mədənləri barədə) nəşrlərin də müəllifıdir.

V.Zqlenitski 1904-cü ildə 54 yaşında ağır formalı şəkərli diabet xəstəliyindən vəfat edib, o, Polşada dəfn olunub.

Məşhur alim Zqlenitski ölümündən əvvəl, bütün var-dövlətinin elmin və maarifın inkişafına sərf olunmasını vəsiyyət edib. Bu təmənnasız vəsiyyətinə görə, Vitold Zqlenitski "Polşalı Nobel" adı alıb.

1963-cü ildə Polşanın Plotsk şəhərində neft emalı zavodundan şəhərin mərkəzinə doğru gedən küçəyə Vitold Zqlenitskinin adı verilib. Onun haqqında 1973-cü ildə rejissor Riçard Badovski "Qafqaz bioqrafiyası", 1988-ci ildə rejissor Vladislav Vasilevski "Vitold Zqlenitski və digərləri", 2008-ci ildə isə resjissor Adam Roqala "Polşalı Nobel" filmini çəkiblər.



Pərvanə






















Bizi İnstagramda izləyin

Seçilən
77
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15104
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15074
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14995
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12672
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11134
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9013
"Zaur, yenə çaşdın..." - VİDEO
7685
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5826
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5121
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4503
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4458
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4112
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4026
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3805
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3129
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3107
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2875
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2866
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2710