AZ

"Ermənistan KTMT-yə heç nə etməyib" - Paşinyan

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) heç nə etməyib. Nə edibsə, KTMT özünün bəyanatları, hərəkətləri və laqeydliliyi ilə edib".

Redaktor.az-ın "Armenpress"ə istinadən xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya mətbuatına müsahibəsində deyib:

"Bir çoxları deyir ki, Ermənistan KTMT üçün bunu etdi, onu etdi, lakin biz onlara heç nə etməmişik. Hər nə edibsə, öz bəyanatları, hərəkətləri və hərəkətsizliyi ilə elə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü edib" - deyə, N. Paşinyan fikirlərini tamamlayıb.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla