AZ

Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olundu

Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Yenicag.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyində Keniya nümayəndə heyəti ilə keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2024-cü ilin Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini, ikitərəfli münasibətlərin inkişafını vurğulayıb, ötən il Nayrobidə ölkəmizin səfirliyinin fəaliyyətə başlamasını bu baxımdan mühüm addım kimi qiymətləndirib. Qeyd olunub ki, Keniya ilə iqtisadi-ticarət əməkdaşlığı da inkişaf edir. Ötən il Keniya ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 52% artıb.

Qarşılıqlı investisiya qoyuluşu üzrə potensialın reallaşdırılması böyük önəm kəsb edir. Bununla yanaşı, ikitərəfli ticarətin genişlənməsinə və səmərəli iqtisadi münasibətlərin qurulmasına xidmət edəcək biznes təşəbbüsləri, xüsusilə sənaye, enerji, mineral ehtiyatlar, İKT, qida, kənd təsərrüfatı, bankçılıq, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur.

Görüşdə Azərbaycanın iqtisadi nailiyyətləri, milli prioritetləri, sənaye zonaları, azad edilmiş ərazilərimizin iqtisadi potensialı, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib, keniyalı iş adamları fəal tərəfdaşlığa dəvət olunub.

Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maqua Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkələrimiz arasında texnologiyalar, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib.

Tədbirdə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliklərinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Fondunun, Mənzil İnşaatı Dövlət Agentliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun, Kiçik və Orta Biznesin İnkişafı və İqtisadi Zonaların İnkişafı agentliklərinin, “AzerGold” QSC-nin təmsilçiləri təqdimatlarla çıxış ediblər. Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb, eləcə də Keniya nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16628
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11696
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5327
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5241
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3685
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3227
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3198
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2994
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2731
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2582
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2469
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2369
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2255
Hidayət Heydərov dünya çempionu oldu
2021
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1879