AZ

Mələkxanımın qızının toyunda YAŞANANLAR - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin toyudur.

Bizim.Media xəbər verir ki, xanəndənin qızı müğənni Mərdan Kazımovla ailə qurur.

Paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisə çoxsayda incəsənət nümayyəndələri və şou-biznesin məşhur simaları qatılıblar.
Cütlük mərasimə dəvət olunduqdan sonra bir-birinin barmağına üzük taxaraq nikahlarını rəsmiləşdiriblər.

Daha sonra ikili musiqili sədaları altında rəqs ediblər. Toyun aparıcılığı "İctimai" televiziyanın aparıcısı Azər Süleymanlıya həvalə olunub.

Cütlüyün xoş günündə Xalq artisti Alim Qasımov muğam parçası səsləndirib.

Məclisin əsas qonağı isə Xalq artisti Röya Ayxan olub. Sənətçi bəy və gəlini səhnəyə dəvət edərək, onları ailə qurmaqları münasibəti ilə təbrik edib. Daha sonra Röya sevilən hitləri ilə məclisi və qonaqları coşdurub.

Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.

Nəzrin və Mərdanın toyunda yaşanan həmin anları təqdim edirik:

 






























Rəşad Əliyev, Bizim.Media

 

Seçilən
100
16
Mənbələr
Şərh ()
Bağla