AZ

Filip Foden: “Mançester Siti” adını tarixə yazmaq istəyir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasının qalibi olmaq ehtimalından danışıb.

Arena.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Məşq meydançamızda divarda yazı var. Orada deyilir: “Hələ heç kim ardıcıl dörd Premyer Liqanın qalibi olmayıb…”. Hər gün bu şüara baxıb düşünürəm – niyə də olmasın? Biz özümüzü tarixə yazmaq istəyirik”, deyə Foden qətiyyətlə bildirib.

Xatırladaq ki, Filip Foden “Mançester Siti”nin yetirməsidir. İngilis vinger “şəhərlilər”in əsas komandasında 2016-cı ildən çıxış edir. Fodenin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fil “şəhərlilər”in heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 22 qol vurub, 10 məhsuldar ötürmə verib. Fodenin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belə təsvir yaradır: 264 oyun, 82 qol, 51 məhsuldar ötürmə.

Fodenin qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı 16 kubok var. Bunlara İngiltərə Premyer Liqası (5 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Filip Foden 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 33 oyuna çıxıb. O, bu oyunlarda rəqib qapılarından 4 top keçirib, həmçinin 8 məhsuldar ötürmə ilə fərqlənib. Foden İngiltərənin U-17 yığması ilə 2017-ci ildə keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq