AZ

Azərbaycan və AYİB COP29 və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərini müzakirə etdi - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosla görüşüb.

Day.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinos ilə Azərbaycan - AYİB əməkdaşlığının gündəmində olan məsələləri nəzərdən keçirdik", nazir bildirib.

O vurğulayıb ki, görüşdə AYİB-in 2024-2029-cu illər üzrə Azərbaycana dair Ölkə Strategiyasının ilkin layihəsi; yaşıl iqtisadiyyata intensiv dəstək, COP29 üçün çağırışlar və iqlim dəyişikliyi ilə mübarizədə maliyyələşmə mexanizmlərinin tətbiqi; birgə həyata keçirilən layihələrin perspektivləri gündəmdə olub.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla