AZ

"Bu qərarın Prezidentlərin görüşü ərəfəsində verilməsi danışıqlara pozitiv təsir edəcək" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik

- Qüdrət bəy, ABŞ-ın Ukraynaya 61 milyard yardım ayırması Ukraynanın müharibədə qələbəsini və ərazi bütövlüyünü bərpa etməsini təmin edə bilərmi?

- Sözsüz ki, yox. Bu yardım Ukraynanın kapitulyasiyasının qarşısını almaq, onu müharibəni bir müddət də davam etdirməsinə inandırmaq, ruhlandırmaq üçündür, yardımın həcmi və ayrılan vəsaitin qarşılığında göndəriləcək silah-sursat qələbə üçün yetərli deyil. Dəfələrlə demişəm, Ukraynanın qələbəsi üçün ABŞ arsenalında olan ən müasir silahları, ikinci dünya müharibəsində SSRİ-yə verdiyi kimi, Ukraynaya verməlidir. Həm də Ukraynanın istədiyi miqdarda. Hələ mən ikinci cəbhənin açılmasını demirəm. Hələlik görunən odur ki, kollektiv Qərb hansısa mərhələdə Ukraynanı ciddi güzəştlərə məcbur edəcək. Ukraynada çoxları artıq bunu anlayır.

- Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına münasibətiniz necədir?

- Mən Rusiya sülhməramlılarını Azərbaycanın dövlət suverenliyinə təhdid hesab etmirdim və əmin idim ki, zamanında gedəcəklər. Qarabağın erməni sakinlərinin köçüb getməsindən və geri qayıdıb Azərbaycanın yurisdiksiyasında yaşmaq istəməmələrindən sonra Rusiya sülhməramlılarının uzun müddət orda qalması erməni revanşistlərə ümid verirdi ki, Rusiya mövqeyini dəyişə bilər və onlar revanş götürə, yenidən bizim torpaqları işğal edə bilərlər. Bu isə Ermənistanla münasibətlərin tənzimlənməsində əlavə gərginliyə səbəb olurdu. İşğal altında qalmış 4 kəndimizin azad olunmasına dair Ermənistanla delimitasiya haqqında sənədin imzalanmasının Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına dair Rusiya ilə razılaşmadan dərhal sonraya təsadüf etməsi də bunun təsdiqidir. Ona görə Prezidentin bu prosesi sürətləndirməsi və Rusiya tərəfinin bunu anlayışla qarşılaması təqdirəlayiqdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
318
2
aznews.az

2Mənbələr