AZ

4 şirkətin səhmləri hərracda satılır – SİYAHI, QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 21-də keçiriləcək təkrar pul hərracına səhmlər çıxarılacaq.

4 şirkətin səhmləri hərraca çıxarıldı – SİYAHI, QİYMƏTLƏR

Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (15-19 aprel, 2024)

FED.az xəbər verir ki, hərraca 4 səhmdar cəmiyyətin toplamda 134 628 ədəd səhmi çıxarılacaq.

Satışa çıxarılan səhmlərin nominal dəyəri 52 546 – 89 466 manat aralığında dəyişir. Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti isə 26 273 – 44 733 manat müəyyən edilib.

İştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

2024-cü il may ayının 21-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat :

Sıra sayı

Səhmdar cəmiyyətinin
adı və təsis tarixi

Səhmdar cəmiyyətinin hüquqi ünvanı

Nizamnamə kapitalının həcmi (manat)

Buraxılmış səhmlərin ümumi sayı (ədəd)

Bir səhmin nominal qiyməti (manat)

Satışa çıxarılmış səhmlər

Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat)

Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)

İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)

sayı (ədəd)

buraxılmış səhmlərin ümumi sayında
%-lə

1

Biləsuvar Broyler №388 02.03.1998 

Biləsuvar rayonu, Nəsimi kəndi

297458

148729

2

44733

30.08

89466

44733

4473.3

2

Bərdə Mexaniki Təmir № 272 25.10.2000

Bərdə rayonu, Alaçadırlı kəndi

245038

122519

2

36787

30.03

73574

36787

3678.7

3

Ləki Sinklənmiş qablar №532 06.04.1998

Ağdaş rayonu, Ləki qəsəbəsi

178828

89414

2

26835

30.01

53670

26835

2683.5

4

Neftçala Ət №273 02.06.1997

Neftçala rayonu, Aşağı Surra kəndi

175157.8

87578

2

26273

30

52546

26273

2627.3

 

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
 -müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
 -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
 -hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
 -fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
 Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2024-cü il may ayının 21-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və Xidmətin privatization.az portalından ala bilərsiniz.

Seçilən
155
1
Mənbələr
Şərh ()
Bağla